Füzulidə sərhədçilər ilan sancan qadını xilas edib

Füzulidə sərhədçilər ilan sancan qadını xilas edib
# 17 iyul 2018 08:48 (UTC +04:00)

Fizuli rayonunun Alıxanlı kənd sakini, 1935-ci il təvəllüdlü Məmmədova Elminaz Rza qızını öz həyətində ilan sanc­ıb və təcili olaraq rayon xəstəxanasına gətirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, E.Məmmədovanın həyatını xilas etmək ücün ona təcili ilan zər­dabının vurulması zərurəti ilə əlaqədar Dövlət Sərhəd Xidmə­tinin sərhəd qoşunlarının Horadiz sərhəd dəstəsinə müraciət olun­ub.

Müraciətə dərhal reaksiya verilib, şəxsi heyətin ilan sanc­ması hallarında istifadə etmək məqsədilə hərbi hissənin tibb mən­tə­qəsində saxlanılan ilan zərdabı rayon xəstəxanasına çatdırılıb və vətəndaşın həyatı xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR