VTB-nin saytlarına güclü haker hücumu olub

 VTB-nin saytlarına güclü haker hücumu olub
# 05 dekabr 2016 17:40 (UTC +04:00)

VTB Qrupun saytlarına DDoS hücumlar baş verib. "APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qrupun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, kredit təşkilatlarının İT infrastrukturuna ziyan dəyməyib: "İT infrastruktur normal qaydada fəaliyyət göstərir, Qrupa daxil olan bankların müştəriləri heç bir çətinliklə üzləşmir".

Qeyd edək ki, VTB Qrupa daxil olan "Bank VTB (Azərbaycan)" ASC-nin saytı normal rejimdə fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR