TANAP Türkiyədə 91 kəndin içməli su təchizatına 15,4 mln. lirə qrant ayıracaq

TANAP Türkiyədə 91 kəndin içməli su təchizatına 15,4 mln. lirə qrant ayıracaq
# 17 avqust 2017 12:46 (UTC +04:00)

Azərbaycan qazını Türkiyəyə, oradan isə Avropaya daşıyacaq “TANAP Doğalgaz İletim A.Ş.” şirkəti Türkiyədə 91 kəndin içməli suyu layihəsi üçün 15,4 mln. lirə məbləğində qrant ayıracaq.

APA-Economics”in Türkiyənin “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, bununla bağlı “TANAP Doğalgaz İletim A.Ş.” şirkəti və Konya Ovalığı Layihəsi (KOP) arasında protokol imzalanıb. Protokolu KOP Bölgə İnkişaf İdarəsi rəhbəri İhsan Bostancı və “TANAP Doğalgaz İletim A.Ş.”-nin baş direktoru Saltuk Düzyol imzalayıblar.

Layihə sosial və ətraf mühit investisiya layihələri çərçivəsində həyata keçiriləcək və Kırşehir, Kırıkkale, Yozqat şəhərlərindəki 91 kəndin içməli su təchizatı yaxşılaşdırılacaq.

Qeyd edək ki, TANAP-ın reallaşdırılmasına dair Anlaşma Memorandumu 24 dekabr 2011-ci il tarixində imzalanıb. TANAP-ın inşası Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən biridir. Kəmərin uzunluğu 1,802 km təşkil edir. Boru 2018-ci ildə fəaliyyətə başlayacaq. TANAP-ın ilkin illik ötürücülük qabiliyyəti 16 mlrd. kubmetrdir (illik 31 mlrd. kubmetrədək artırıla bilər).

TANAP Türkiyə-Yunanıstan sərhədində TAP sisteminə qoşulacaq ki, bu da təbii qazın Avropaya çatdırılmasına xidmət edəcək. TANAP layihəsi nəinki Şahdəniz yatağından, eyni zamanda Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli siyasi və iqtisadi dəyərə sahibdir.

2016-cı ilin qiymətləri ilə ümumi kapital xərcləri 9,2 mlrd. dollar təşkil edir. 2014-2020-ci illər üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə alınmaqla 6,1 mlrd. dollardır. Bu məbləğə 100% pay üzrə alqı-satqı qiyməti, 100% pay üzrə maliyyələşdirmə və 30% payın BOTAŞ-a, 12% payın isə BP şirkətinə satılmasından sonra 58%+5% payın maliyyələşdirməsi daxildir.

Layihənin səhmdarları: SOCAR (58%), BOTAŞ (30%) və BP (12%) şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR