TPAO gələn il neft-qaz istehsalına xərcləyəcəyi vəsaiti açıqlayıb

TPAO gələn il neft-qaz istehsalına xərcləyəcəyi vəsaiti açıqlayıb
# 11 noyabr 2016 10:18 (UTC +04:00)

"Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) 2017-ci ildə neft və qaz istehsalına və kəşfiyyat işlərinə 1,691 mlrd. dollar ayıracaq. "APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu vəsait Enerji və Təbii Ehtiyatlar Nazirliyinin gələn il üçün nəzərdə tutulmuş büdcəsində təsbit olunub.

"TPAO Türkiyənin xam neft və təbii qaza olan ehtiyacını ödəmək üçün Azərbaycan, İraq, Rusiya, Liviya və Əfqanıstanda fəaliyyət göstərməkdədir", - deyə sənəddə qeyd edilib.

2015-ci ildə TPAO-nun Türkiyəyə yatırdığı investisiyaların həcmi 462 mln. dollar təşkil edib.

Qeyd edək ki, TPAO Azərbaycanı Gürcüstanla birləşdirən "Cənubi Qafqaz Boru Kəməri"nin 7 səhmdarından biridir. Türkiyə şirkəti layihədə 19%-lik paya malikdir. Bundan başqa, TPAO Azəri-Çıraq-Günəşli (AÇG) layihəsinin 6,8%-nə, Bakı-Tbilisi-Ceyhan layihəsinin 6,53%-nə, "Şahdəniz" layihəsinin 19%-ə sahibidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR