Bakıda yeniyetmə dənizdə batıb

Bakıda yeniyetmə dənizdə batıb
# 29 iyun 2015 08:27 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda yeniyetmə dənizdə boğularaq ölüb.

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən çimərliklərdən birində qeydə alınıb.

Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Elmir Vüqar oğlu Paşayev dənizdə çimərkən boğulub.

E. Paşayevin cəsədi Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR