Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Davamlı inkişaf: problemlər və perspektivlər" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir.
APA-nın xəbərinə görə, UNEC-in rektoru, professor Ədalət Muradov konfransın Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunduğunu vurğulayıb.
Davamlı inkişafın iqtisad elmində müzakirə olunan bir problem olduğunu deyən rektor bildirib ki, UNEC-in əsas hədəfi insan kapitalının yetişdirilməsidir.
Təhsil nazirinin müavini Firudin Qurbanov AXC dövründə elm və təhsilin inkişafına xüsusi diqqət göstərildiyini qeyd edib. Nazir müavinin sözlərinə görə, 1918-1920-ci illərdə Azərbaycanda Maarif Nazirliyi yaradılıb, Bakı Dövlət Universiteti fəaliyyətə başlayıb.
F. Qurbanov AXC dövründə hökumət tərəfindən 100 tələbənin xaricə təhsil almağa göndərildiyini də xatırladıb: "O vaxt hökumətin elə böyük imkanları yox idi. Lakin o 100 tələbə böyük çətinliklər hesabına təhsil ala bildi. Müstəqillik dövründə isə xaricdə təhsil üzrə Dövlət Proqramı əsasında 3500-dən çox Azərbaycan vətəndaşı dünyanın aparıcı ali təhsil müəssisələrində bakalavriat, magistratura, doktorantura pillələri üzrə təhsil alıb. Hazırda bu istiqamətdə islahatlar həyata keçirilir".
Konfransda SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə də çıxış edib. O bildirib ki, "SABAH" qrupları Azərbaycanın ali təhsil sistemində yeni modeldir.
Tədbirdə AXC-nin 100 illiyinə həsr olunmuş video-çarx nümayiş olunub.
Konfrans seksiyalar üzrə davam etdirilir.
İqtisad Universitetində Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans keçirilib
21 may 2018 09:26 (UTC +04:00)
Sosial
Emin Əmrullayev Türkiyədə görüşlər keçirib
12:30
11 may 2024
“Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda silsilə tədbirlər keçirilir
12:00
11 may 2024
Naxçıvanda göldə boğularaq ölən tələbələr Astarada dəfn olunub
10:30
11 may 2024
Güclü maqnit qasırğası qeydə alınıb, transformatorlar və enerji sistemləri zədələnə bilər
10:14
11 may 2024