Bu gün Bakı-Böyük Kəsik istiqamətində Nəvahi və Pirsaat stansiyalarının 4275 metr uzunluğunda baş yollarının əsaslı təmirinə start verilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, Nəvahi stansiyasında 2100, Pirsaat stansiyasında isə 2175 metr uzunluğunda baş yol təmir olunacaq.
Artıq köhnə yolun söküntüsünə başlanılıb. Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Təmir işləri 5 gün davam edəcək.
Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində