Naftalanda qəza nəticəsində xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Naftalanda qəza nəticəsində xəsarət alanların kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 07 aprel 2018 17:37 (UTC +04:00)

Naftalanda iki avtomobilin toqquşması nəticəsində baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, VAZ-2106 və VAZ-21015 markalı avtomobillərin toqquşması nəticəsində Naftalan şəhər sakinləri - 1989-cu il təvəllüdlü Məmmədov Novruz Zabit oğlu, 1995-ci il təvəllüdlü Şərifov Nicat Akif oğlu və 1989-cu il təvəllüdlü Əliyev Yalçın İsmayıl oğlu xəsarət alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

*** 19.00

Naftalanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, VAZ-2106 ilə VAZ-21015 markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.

Onlara tibbi yardım göstərilib. Bir nəfərin vəziyyəti ağır, digərlərinin isə kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR