İqtisadiyyat nazirinin müavini "CEO Lunch Baku"da iştirak edəcək

İqtisadiyyat nazirinin müavini "CEO Lunch Baku"da iştirak edəcək
# 01 fevral 2018 11:53 (UTC +04:00)

İqtisadiyyat nazirinin müavini Sahil Babayev fevralın 21-də fəxri qonaq qismində “Caspian European Club”un təşkil etdiyi İX “CEO Lunch Baku”da iştirak edəcək.

APA-Economics” xəbər verir ki, bu barədə “Caspian European Club”un baş icraçı direktoru Mustafa Abbasbəyli məlumat verib. Onun sözlərinə görə, tədbir “Caspian European Club”un İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq etmək istəyən üzv şirkətlərinin çoxsaylı müraciətləri sayəsində baş tutacaq.

M.Abbasbəyli “CEO Lunch Baku”da qeyri-rəsmi şəraitdə klubun üzv şirkət rəhbərlərinin özəl sektor ilə nazirlik arasında əməkdaşlığın genişləndirilməsi məsələsi üzrə təşəbbüs və təklifləri müzakirə olunacağını qeyd edib. O həmçinin “CEO Lunch Baku”

iştirakçılarına onları maraqlandıran suallara cavab almaq imkanı yaradılacağını bildirib.

“CEO Lunch Baku”da yalnız “Caspian European Club”un saytında, bu linkdən qeydiyyatdan keçmiş şirkətlər iştirak edə bilərlər.

“Caspian European Club” Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə 2002-ci ilin iyununda yaradılıb. “Caspian European Club”un sədri Azərbaycan prezidenti İlham Əliyevdir.

Yarandığı ilk gündən “Caspian European Club” neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR