Azərbaycanda rəsmi işsiz statusu alanların sayı açıqlanıb

Azərbaycanda rəsmi işsiz statusu alanların sayı açıqlanıb
# 14 avqust 2015 15:37 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci il avqustun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 4876,6 min nəfər olub, onlardan 4640,6 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu il iyulun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1505,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 874,4 min nəfər, qeyri-dövlət bölməsində isə 631,5 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 35,2 min nəfər, qeyri-neft sektorunda isə 1470,7 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1461,1 min nəfər təşkil edib. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,1%-i məhsul istehsalı sahələrində, onlardan 6,8%-i tikintidə, 6,6%-i emal sənayesində, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,3%-i mədənçıxarma sənayesində, 1,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,7%-i su təchizatı, tullantıların

təmizlənməsi və emalı sahəsində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 22,3%-i təhsil, 18,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,9%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 2,1%-i maliyyə və sığorta fəaliyyəti, 1,8%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,9%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıb. 2015-ci ilin yanvar-iyun aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 151 saat təşkil edib.

2015-ci il avqust ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29,0 min nəfər olub, onların 38,8%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 244,2 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR