Goranboy sakini dəm qazından zəhərlənib

Goranboy sakini dəm qazından zəhərlənib
# 07 yanvar 2018 20:41 (UTC +04:00)

Goranboyda zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Hacıallı kənd sakini, 1995-ci il təvəllüdlü Bəylərbəyova Əfsanə Əhmədqoça qızı dəm qazı zəhərlənməsi əlaməti ilə Goranboy rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, Ə. Bəylərbəyova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR