Xarkovda azərbaycanlının idarə etdiyi avtobus qəzaya uğrayıb, ölən və xəsarət alanlar var

Xarkovda azərbaycanlının idarə etdiyi avtobus qəzaya uğrayıb, ölən və xəsarət alanlar var
# 12 avqust 2015 09:35 (UTC +04:00)

Ukrayna vətəndaşı, əslən Azərbaycanın Goranboy rayonundan olan sürücü Nağıyev Kərəm Behbud oğlunun yaxınlarının APA-ya verdiyi məlumata görə, iki gün əvvəl baş verən qəzada o özü və daha bir Natiq adlı azərbaycanlı ağır yaralanıb, ukraynalı bir nəfər isə yerindəcə dünyasını dəyişib.

Yaralananlar arasında da ukraynalılar da var. Avtobus Ukraynadan Rusiyaya sərnişin daşıma şirkətinə məxsus olub. Qəzaya səbəb avtomobildə qəfil yaranan texniki nasazlıq səbəbindən sürücünün idarəetməni itirməsi olub. Hazırda yaralılar Xarkov vilayətindəki xəstəxanaların birinə yerləşdiriliblər və vəziyyətləri orta-ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR