6 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilib

6 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilib
# 10 yanvar 2018 08:15 (UTC +04:00)

6 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) “APA-Economics”ə verilən məlumata görə, dəyişikliyə əsasən 6 nömrəli marşrut xətti üzrə avtobuslar Nəriman Nərimanov prospektində yerləşən 173 nömrəli məktəbin qarşısınadək hərəkət edəcək.

“Dəyişiklik edilməsinə səbəb, qeyd edilən ünvanlarda yaşayan sakinlərin BNA-ya çoxsaylı müraciətləri və sözügedən məktəbə sərnişinlərin rahat, təhlükəsiz gediş-gəlişini təmin etməkdir. Sınaq müddəti məqsədi ilə 6 nömrəli xətt üzrə avtobuslar yenilənmiş trayektoriya üzrə hərəkət edir”, - deyə məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR