Dəmir yolu ilə yükdaşımalarda azalma müşahidə olunub

Dəmir yolu ilə yükdaşımalarda azalma müşahidə olunub
# 16 noyabr 2016 07:14 (UTC +04:00)

Dəmir yolu nəqliyyatı ilə cari ilin yanvar-oktyabr ayları ərzində 12,5 mln. ton yük, 1580,8 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bununla da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,9% və 0,6% artım müşahidə olunub.

Bundan başqa, orta hesabla sutkada 440 vaqon yüklənib, 421 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 17,9 min ton, qərb istiqaməti üzrə 5,0 min ton, cənub istiqaməti üzrə isə 1,7 min ton yüklənmə işi yerinə yetirilib.

Ümumilikdə nəqliyyat sektorunda qeyd olunan dövr ərzində yükdaşımanın 6,9%-i dəmir yolu nəqliyyatının payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR