Azərbaycanda pul kütləsi azalıb

Azərbaycanda pul kütləsi azalıb
# 07 sentyabr 2015 11:23 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2015-ci ilin avqust ayının 1-nə 18 855,40 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 370 mln. manat və ya 11,17% azdır.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, iyun ayı ilə müqayisədə iyulda geniş mənada pul kütləsi 6 mln. manat və ya 0,03% azalıb.

Ümumiyyətlə, 2014-cü ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında geniş mənada pul kütləsi 997,86 mln. manat və ya 4,63%, yanvar ayı ilə müqayisədə fevralda bu göstərici 453,33 mln manat və ya 2,2%, fevral ayı ilə müqayisədə isə martda 607,77 mln. manat və ya 3,02%, mart ayı ilə müqayisədə apreldə 524,52 mln. manat və ya 2,69%, aprellə müqayisədə mayda 16,07 mln. manat və ya 0,08% azalıb. May ayı ilə müqayisədə iyunda geniş mənada pul kütləsi 117,41 mln. manat və ya 0,62% azalıb.

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.


Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 6 581,6 mln. manat və ya 37,75% azalaraq avqustun 1-nə 10 853,5 mln. manat olub, iyulda isə 138,3 mln. manat və ya 1,26% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR