“Normand dördlüyü”nün liderləri Ukraynadakı vəziyyəti müzakirə ediblər

“Normand dördlüyü”nün liderləri Ukraynadakı vəziyyəti müzakirə ediblər
# 24 iyul 2015 00:36 (UTC +04:00)

Bakı – APA. “Normand dördlüyü”nün liderləri Vladimir Putin, Pyotr Poroşenko, Anqela Merkel və Fransua Olland telefon vasitəsilə Ukrayna üzrə Təmas qrupunun iyulun 21-də Minskdə baş tutan iclasının nəticələrini müzakirə ediblər .

APA-nın məlumatına görə, bu barədə xəbər Ukrayna prezidentinin saytında yerləşdirilib.

“Tərəflər Təmas qrupunun dağıdılmış su infrastrukturu və dəmiryol xətlərinin bərpasına dair qərarını alqışlayıblar. Həmçinin ATƏT tərəfindən atəşkəs rejiminin monitorinqinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsi və verifikasiyasının vacibliyini vurğulayıblar”.

Məlumata əsasən, tərəflər 100 mm kalibrdən az olan silahların cəbhə xəttindən çəkilməsinə dair təşəbbüsü dəstəkləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR