Vahid Ələkbərov: “LUKOİL" Türkiyədə yanacaqdoldurma məntəqələrinin sayını artırmaq niyyətindədir”

 Vahid Ələkbərov: “LUKOİL" Türkiyədə yanacaqdoldurma məntəqələrinin sayını artırmaq niyyətindədir”
# 28 fevral 2017 00:46 (UTC +04:00)

"LUKOİL" şirkəti Türkiyədə yanacaqdoldurma məntəqələrinin sayını artırmaq niyyətindədir.

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, bunu şirkətin rəhbəri Vahid Ələkbərov Soçidə keçirilən investisiya forumunda bəyan edib.

“Biz Belçika və Hollandiyada iştirakımızı artırmışıq. Burada bizim neft emalı zavodumuz mövcuddur. Balkan ölkələrində də mövqelərimiz olduqca möhkəmdir. Hazırda Türkiyədə yanacaqdoldurma məntəqələrinin sayını artırmaq niyyətindəyik, müəssisələrimiz bu bazara yönəlib”, deyə V.Ələkbərov qeyd edib.

V.Ələkbərov şirkət tərəfindən Türkiyədə biznesin genişləndirilməsi üçün nə qədər pul xərcləyəcəyini açıqlamayıb. Hazırda "LUKOİL" Türkiyədə 600 yanacaqdoldurma stansiyasına malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR