Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 5 Dekabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 5 Dekabr
# 05 dekabr 2016 17:22 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Bazarlarda OPEK effekti hökm sürməyə başlayıb, son iki ildə ilk dəfə olaraq neftin qiyməti bir gündə 4 dollaradək bahalaşıb. Birjalar artıq aparıcı neft dövlətlərinin hasilatı azaldacağına inanmağa başlayıblar. Neft real dəyərini bu həftə göstərməlidir, bunun üçün aparıcı markalar ABŞ-ın şist nefti ilə rəqabətə davamlı olduqlarını nümayiş etdirməlidir. Hər kəsin ehtiyat etdiyi bir məqam var, OPEK-in bazarda boşaltdığı yeri ABŞ tutmağa çalışacaq. Artıq bunun ilkin işarətləri də var, ölkədə şist yataqlarında hasilat aparan qurğuların sayı maksimuma çatıb. ABŞ şirkətlərinə indiki qiymətlərlə neft hasil etmək sərfəlidir, bu səbəbdən ayın sonuna kimi neft qurğularının sayında rekord artım olacağını gözləmək olar. Bəs bu amil OPEK-in süni qıtlıq yaradaraq qiyməti qaldırmaq siyasətinə təsir edə biləcəkmi? Məntiqlə bu suala hə cavabı vermək olar, amma reallıqda şist neftinin bazara qlobal təsirinin nə dərəcədə olduğunu söyləmək çətindir. Bunun üçün yaxın həftələr ərzində bazarda qiymətlərin dinamikasını izləmək lazım gələcək.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR