Dövlət qurumları Masallıda dini ədəbiyyat satışı ilə bağlı reyd keçirib

Dövlət qurumları Masallıda dini ədəbiyyat satışı ilə bağlı reyd keçirib
# 10 noyabr 2016 13:57 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti bu gün Masallı rayonunda birgə reyd keçiriblər.

APA-nın cənub bürosunun xəbərinə görə, reydin keçirilməsində məqsəd rayonun mağazalarında satışı qanuna zidd olan dini ədəbiyyatların aşkarlanması olub.

Masalı şəhərindəki iki ticarət obyektində yerləşən mağazalardan birində yoxlama zamanı satış üçün xüsusi razılığı və lisenziyası olmayan 55 nüsxə kitab, digərində 4 nüsxə kitab, 6 ədəd DVD diski aşkarlanaraq müsadirə olunub.

Hər iki mağaza sahibi barəsində qanuna müvafiq protokol tərtib olunub, müvafiq tədbir görüləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR