Mərdəkan qəsəbəsində piyadanı avtomobil vurub

Mərdəkan qəsəbəsində piyadanı avtomobil vurub
# 25 dekabr 2019 05:42 (UTC +04:00)

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.

1959-cu il təvəllüdlü Süleymanov Zakir Bilal oğlu piyadalar üçün müəyyən edilməmiş hissədə yolu keçərkən onu minik avtomobili vurib. Həkimlərin verdiyi məlumata görə, yaralı xəstəxanaya ağır vəziyyətdə gətirilib.

Qəza ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR