Gürcüstan-Ermənistan sərhədində sayca beşinci gömrük-keçid məntəqəsi açılıb

Gürcüstan-Ermənistan sərhədində sayca beşinci gömrük-keçid məntəqəsi açılıb
# 02 oktyabr 2017 09:59 (UTC +04:00)

Gürcüstan-Ermənistan sərhədində yeni gömrük-keçid məntəqəsi açılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, “Bavra” məntəqəsi Avropa İttifaqı və Avropa İnvestisiya Bankının dəstəyi ilə inşa edilib.

11 hektar sahədə yerləşən məntəqə müasir texniki avadanlıq və helikopter meydançası ilə təchiz olunub.

Məntəqənin açılış mərasimində Gürcüstan baş nazirinin müavini, maliyyə naziri Dmitri Kumsişvilinin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Gürcüstanın Gəlirlər Xidmətinin sədr müavini Vaxtanq Laşkaradze bildirib ki, yeni gömrük məntəqəsi Gürcüstanın tranzit statusunun gücləndirilməsi baxımından çox əhəmiyyətlidir.

Bununla da Gürcüstan-Ermənistan sərhədində yerləşən gömrük- keçid məntəqələrinin sayı 5-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR