SOCAR qaz hasilatını 6%-dək azaldıb

SOCAR qaz hasilatını 6%-dək azaldıb
# 05 oktyabr 2017 15:40 (UTC +04:00)

Bu ilin avqust ayında SOCAR tərəfindən 500,9 mln. kubmetr qaz hasil edilib.

"APA-Economics" SOCAR-ın açıqladığı statistik rəqəmlərə istinadən xəbər verir ki, bu, ötən ilin analoji ayı ilə müqayisədə 5,79% azdır. Bu ilin iyul ayı ilə müqayisədə isə 0,48% azdır.

Bu ilin yanvar-avqust aylarında ümumilikdə SOCAR tərəfindən 3 mlrd. 959,1 mln. kubmetr qaz hasil edilib ki, bu da 2016-cı ilin 8 ayı ilə müqayisədə 6,29% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 508,3 mln. kubmetr, fevral ayında 450 min. kubmetr, martda 504,4 mln. kubmetr, aprel ayında 494,8 mln. kubmetr, mayda 508,1 min kubmetr, iyunda 489,3 min kubmetr, iyulda isə 503,3 min kubmetr qaz hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR