Polşa prezidenti: "Rusiya NATO üçün ən böyük təhlükədir"

Polşa prezidenti: "Rusiya NATO üçün ən böyük təhlükədir"
# 28 may 2018 10:16 (UTC +04:00)

“Rusiya NATO üçün böyük təhlükədir”.

APA-nnın “RİA Novosti” Agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Polşa prezidenti Ancey Duda bəyan edib.

“Təhlükəsizlik sistemimizin sülh və təhlükəsizliyə problem yaradan müxtəlif oyunçular tərəfindən sınaqdan keçirildiyi bir zamanda biz məhz indi transatlantik əlaqələrin əhəmiyyətini xatırlamalıyıq”, -deyən A.Duda sülh və təhlükəsizliyə təhlükə yaradan qüvvələrdən ən birincisinin Rusiya olduğunu elan edib və Rusiyanı beynəlxalq qayda elementlərini pozmaqda günahlandırıb.

Dövlət başçısı Avropanın təhlükəsizliyi baxımından transatlantik əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. A.Duda NATO-ya üzv ölkələrini müdafiə imkanlarını gücləndirməyə və müdafiə büdcələrini artırmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR