Bakı şəhər prokuroru: “Ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib”

Bakı şəhər prokuroru: “Ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib”
# 18 iyul 2017 15:54 (UTC +04:00)

“Vətəndaşları narahat edən məsələlərin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Prezidenti İlham Əliyevin tələbi rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, vətəndaşların mütəmadi olaraq qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılıb. Şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun, ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib”.

Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, bunu Bakı şəhər prokuroru İlqar Abbasov şəhər prokurorluğunda bu gün keçirilən əməliyyat müşavirəsində deyib.

Bildirilib ki, hesabat dövründə şəhər prokurorluğu orqanlarında vətəndaşların 8066 müraciətinə baxılıb, həmin müraciətlərdən 2144-nə baxılaraq həll edilib, o cümlədən 828 müraciət təmin olunub.

Həmin dövr ərzində 3868 vətəndaş qəbul edilib, rayon prokurorları tərəfindən 1328 nəfər, Bakı şəhər prokurorluğunda 1286 nəfər, onlardan da 225-i şəhər prokuroru tərəfindən qəbul edilib.

Əməliyyat müşavirəsində bildirilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR