Ziya Bünyadov prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Ziya Bünyadov prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
# 06 aprel 2017 10:46 (UTC +04:00)

"Azəravtoyol" ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən "APA-Economics"ə verilən məlumata görə, analoji işlər bu gün saat 22:00-dan başlayaraq Ziya Bünyadov prospektinin "Böyükşor" yol qovşağından "20 Yanvar" dairəsinədək olan hissəsində aparılacaq. Qeyd edək ki, rənglənmə işləri səhər saatlarınadək başa çatdırılacaq.


"Azəravtoyol" ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR