Türkiyə klubunun futbolçusu Avropa Liqasında həftənin ən yaxşısı olub

Türkiyə klubunun futbolçusu Avropa Liqasında həftənin ən yaxşısı olub
# 21 aprel 2017 22:55 (UTC +04:00)

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsinin cavab oyunlarının ən yaxşısı adına Türkiyənin “Beşiktaş” klubunun üzvü Taliska seçilib.

O, UEFA-nın rəsmi saytı vasitəsilə keçirilən səsvermədə 53 faizlik göstəriciyə imza atıb. Futbolçunun Fransa “Lion”u ilə görüşdəki 2 qolu fərqləndirilməsində rol oynayıb.

“Şalke”nin oyunçusu Sead Kovaçeviç 24 faiz səslə 2-ci olub. “Mançester Yunayted”in üzvü Markus Reşford 19 faiz səs qazanıb. “Selta”lı Mallonu cəmi 15 faiz respondent bəyənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR