Aİ Rusiyaya qarşı sanksiyaları Trampın inauqurasiyasınadək uzatmaq istəyir

Aİ Rusiyaya qarşı sanksiyaları Trampın inauqurasiyasınadək uzatmaq istəyir
# 11 noyabr 2016 02:46 (UTC +04:00)

Avropa İttifaqı dekabrda Brüsseldə keçiriləcək sammitdə Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzatmaq niyyətindədir. APA-nın xəbərinə görə, bu barədə “Reuters” Aİ-nin diplomatik dairələrindəki 5 mənbəyə istinadən məlumat yayıb.

“Sanksiyaların genişləndirilməsi dekabrda nəzərdə tutulub. Ukraynada dəyişikliklər baş verməyib, odur ki, sanksiyaların uzadılmaması üçün heç bir səbəb yoxdur”, - deyə mənbə bildirib.

Məlumata görə, Aİ sanksiyaların müddətini Donald Trampın ABŞ prezidenti postunu icra etməyə başlayanadək uzatmağa çalışacaq. Qeyd edək ki, andiçmə mərasimi 2017 ilin yanvarın 20-də keçiriləcək.

“Əgər inauqurasiyadan sonra Tramp həqiqətən Putinlə münasibətləri bərpa edəcəksə, Aİ daxilində fikir ayrılığı daha da dərinləşəcək və Rusiyaya qarşı sanksiyaların müddətini uzatmaq çətinləşəcək”, - deyə Aİ-dən bildirilib.

Xatırladaq ki, Aİ sentyabrda Rusiya və Ukraynanın 146 fiziki şəxsinə və 37 hüquqi şəxsinə qarşı sanksiyaların müddətini 2017-ci ilin martınadək artırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR