Saakaşvili Macarıstana gedib

Saakaşvili Macarıstana gedib
# 11 avqust 2017 09:03 (UTC +04:00)

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Macarıstana gedib.

APA-nın xəbərinə görə, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb. “Ailəmlə birlikdə Balaton gölünə gəldik. Macar kralı Andraş və onun həyat yoldaşı, ukraynalı şahzadə Anastasiyanın heykəlinin qarşısında” , - deyə o, paylaşdığı fotonu müşayiət edən qeydində bildirib.

Xatırladaq ki, M. Saakaşvili iyulun 26-da Ukrayna vətəndaşlığından məhrum edilib. Həmin vaxt o, ABŞ-da olub. Sonra Saakaşvili Polşaya, oradan isə Litvaya gedib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR