Goranboyda iki avtomobil toqquşub, 7 nəfər xəsarət alıb

Goranboyda iki avtomobil toqquşub, 7 nəfər xəsarət alıb
# 11 sentyabr 2017 09:27 (UTC +04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Abbasqulular kəndində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” və “VAZ 21015” markalı avtomobillərin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Onlar “Mercedes”in sürücüsü Veyisli kənd sakini, 1951-ci il təvəllüdlü Xəlilox Eldar Hüseyn oğlu, sərnişinlər - 1979-cu il təvəllüdlü Xəlilova Elnarə Sərdar qızı, 2009-cu il təvəllüdlü Xəlilova Gülsabə Eldar qızı, 2011-ci il təvəllüdlü Xəlilov Cəsur Eldar oğlu və 1957-ci il təvəllüdlü Qasımlı Kifayət Səfər qızı, “VAZ 21015”in sürücüsü, 1973-cü il təvəllüdlü Razim Rəcəbov, onun sərnişini, 1971-ci il təvəllüdlü Aybəniz Əliyevadır.

Onlardan 6 nəfərə tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar. Yalnız sürücü E. Xəlilovun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR