Yaşayış məntəqələrində adambaşına düşən yaşıllıq sahələrinə dair normalar təsdiqlənib

Yaşayış məntəqələrində adambaşına düşən yaşıllıq sahələrinə dair normalar təsdiqlənib
# 09 yanvar 2018 08:14 (UTC +04:00)

yaşayış məntəqələrində adambaşına düşən yaşıllıq sahələrinə dair normalar təsdiqlənib


Azərbaycanda şəhər, qəsəbə və kənd yaşayış məntəqələri üzrə bir adambaşına düşən yaşıllıq sahələrinə dair normalar müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”nda əksini tapıb.

Qərara əsasən çox iri və iri şəhərlərdə adambaşına 10 kv.m, böyük şəhərlərdə 9 kv.m, orta şəhərlərdə 7 kv.m, kiçik şəhərlərdə 8 kv.m yaşıllıq sahəsi düşməlidir. Qəsəbələr üçün bu norma 8 kv.m, kəndlər üçün isə 12 kv.m nəzərdə tutulub.

Əhalisinin sayı bir milyondan çox olan şəhərlər çox iri, 250 mindən bir milyonadək olan şəhərlər iri, 100 mindən 250 minədək olan şəhərlər böyük, 50 mindən 100 minədək olan şəhərlər orta və 50 minədək olan şəhərlər kiçik şəhərlər qrupuna aiddir. Qəsəbələr kiçik şəhərlər qrupuna daxildir. Yarımsəhra zonasında ümumi istifadədə olan yaşıllıq ərazilərinin sahəsi 20-30 faiz azaldıla, çöl və meşə-çöl zonasında isə 10-20 faiz artırıla bilər. Meşələrin əhatəsində, iri çay və su hövzələrinin sahil zonalarında yerləşdirilən orta və kiçik şəhərlərdə, qəsəbə və kənd yaşayış məskənlərində ümumi istifadədə olan yaşıllıq ərazilərinin sahəsi 20 faizdən çox olmayaraq azaldıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR