“Bank Standard”ın kreditorları əmlakların satışı ilə bağlı hərraclara nəzarət üzrə işçi qrup yaradıb

“Bank Standard”ın kreditorları əmlakların satışı ilə bağlı hərraclara nəzarət üzrə işçi qrup yaradıb
# 29 yanvar 2018 14:13 (UTC +04:00)

Bakıda ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçirilib.

"APA-Economics"in məlumatına görə, iclasda “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov və bankın 50 kreditoru, eləcə də ADIF-in əməkdaşları iştirak ediblər.

İclasda kreditorlar bankın əmlaklarının satışı ilə bağlı hərraclara və verilmiş kreditlərin qaytarılması ilə bağlı məhkəmə proseslərinə nəzarət üzrə 2 işçi qrupu yaradıb. Birinci işçi qrupunda 5 nəfər, ikinci işçi qrupuna isə 2 nəfər təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR