İsveçrədə Kiprin yunan və türk icmaları liderlərinin danışıqları bərpa olunur

İsveçrədə Kiprin yunan və türk icmaları liderlərinin danışıqları bərpa olunur
# 20 noyabr 2016 03:00 (UTC +04:00)

Kiprin yunan və türk icmaları liderləri Nikos Anastasiadis və Mustafa Akıncı bu gün İsveçrədə ərazi məsələlərinə dair danışıqları bərpa edəcəklər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüşlərin iki gün davam edəcəyi planlaşdırılıb, lakin ehtiyac yaranarsa, danışıqların müddəti uzadıla bilər.

“Yeni raundun məqsədi – gələcəkdə konkret xəritədə əksini tapacaq meyarları razılaşdırmaqdır. Beləliklə, biz danışıqların növbəti, yekun mərhələsi barədə danışa biləcəyik”, - deyə Yunanıstan hökumətinin rəsmi nümayəndəsi Nikos Xristodulidis bildirib.

Qeyd edək ki, Kiprin yunan və türk icmaları liderlərinin danışıqları İsveçrənin Mon-Pelerin şəhərciyində keçirilir. Danışıqların hazırkı raundu noyabrın 7-də başlayıb, lakin noyabrın 11-də Nikos Anastasiadisin xahişi ilə dayandırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR