İranın milli təhlükəsizlik naziri: "Astara sərhədi ölkənin ən təhlükəsiz sərhədlərindən biridir"

İranın milli təhlükəsizlik naziri: "Astara sərhədi ölkənin ən təhlükəsiz sərhədlərindən biridir"
# 07 mart 2019 10:01 (UTC +04:00)

İranın milli təhlükəsizlik naziri Seyid Mahmud Ələvi Astara sərhəd-keçid məntəqəsinə baxış keçirib.

ONA-nın Tehran bürosunun məlumatına görə, İran hökumətinin Gilan əyalətinə səfəri çərçivəsində nazir həmçinin Astara- Astara dəmiryolu terminalına da baş çəkib. Jurnalistlərə açıqlama verən M.Ələvi qeyd edib ki, Astara sərhədi ölkənin ən təhlükəsiz və sabit sərhədlərindən biridir: “Azərbaycan və İranın sərhəd bölgəsində yaşayan əhali bu sabitlikdən faydalanır. Biz Qəzvin-Rəşt dəmiryolu xəttinin istismara verilməsinin şahidi olduq. Yaxın gələcəkdə bu dəmiryolu xətti Astara şəhərinə və Azərbaycan Respublikasına birləşəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR