S&P Azərbaycanın beynəlxalq kredit reytinqini təsdiq edib

S&P Azərbaycanın beynəlxalq kredit reytinqini təsdiq edib
# 29 iyul 2017 08:47 (UTC +04:00)

“Standard and Poor’s” reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqinin ənənəvi qiymətləndirməsini aparıb və müvafiq hesabatını açıqlayıb.

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, agentlik Azərbaycanın uzunmüddətli və qısamüddətli xarici və milli valyutada suveren kredit reytinini dəyişməyərək müvafiq olaraq 'BB+/B' səviyyəsində, mənfi proqnoz ilə saxlayıb.

“Standard and Poor’s” reytinq agentliyinin yaydığı son hesabatda reytinqin dəyişməz olaraq saxlanılmasına əsas səbəb kimi ölkənin möhkəm fiskal mövqeyi, xüsusi ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun xarici valyutada ehtiyatlarının mövcudluğu göstərilir.

Agentlik hesab edir ki, tədiyyə balansına olan təzyiqlərin aradan qalxacağı, ölkənin iqtisadi inkişaf göstəricilərinin gözlənilən artımı və daxili bank sistemində sabitliyin möhkəmlənməsi nəticəsində reytinq üzrə proqnoz mənfidən müsbətə keçirilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR