Sumqayıtda daha əvvəl oğlu intihar etmiş qadın özünə qəsd edib

Sumqayıtda daha əvvəl oğlu intihar etmiş qadın özünə qəsd edib
# 21 iyul 2018 16:36 (UTC +04:00)

Sumqayıt şəhərində intihar hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, 1980-ci il təvəllüdlü Xurman Əzizova 14 mərtəbəli binanın damından özünü yerə ataraq intihar edib.

Fakt Sumqayıt şəhər Polis İdarəsi tərəfndən təsdiqlənib.

Sosial şəbəkədə yayılan məlumata əsasən X. Əzizovanın oğlu Faiq Rüstəmov bu ilin may ayında qəbul imtahanlarında aşağı bal topladığına görə özünü həmin binadan ataraq intihar etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR