Ramil Usubovun Sumqayıtda qəbulunun vaxtı dəyişdirilib

Ramil Usubovun Sumqayıtda qəbulunun vaxtı dəyişdirilib
# 25 noyabr 2016 10:19 (UTC +04:00)

Daxili işlər naziri Ramil Usubovun Sumqayıtda keçiriləcək vətəndaşların qəbulu vaxtı dəyişdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən bu il noyabrın 26-da Sumqayıt Şəhər Polis İdarəsində nəzərdə tutulmuş vətəndaşların qəbulunun vaxtı dəyişdirilərək dekabrın 10-na keçirilib.Həmin gün saat 10:00-da R. Usubov Sumqayıt şəhər Polis İdarəsində Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR