Şirvanda mağazadan mobil telefon oğurlayan 2 nəfər tutulub

Şirvanda mağazadan mobil telefon oğurlayan 2 nəfər tutulub
# 09 avqust 2017 11:18 (UTC +04:00)

Şirvanda mağazadan mobil telefonlar oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, iyulun 12-də, gecə saat 04.00 radələrində Şirvan şəhərində, şəhər sakini Aqşin Babayevə məxsus mağazadan dəyəri 3 min manat olan 12 ədəd mobil telefon oğurlanıb.

Təhlükəsizlik kamerasına düşən görüntülərdən məlum olub ki, mağazaya 4 maskalı yeniyetmə daxil olaraq oradan mobil telefonları götürüb və mağazanı tərk edib.

Faktla bağlı əməliyyat və istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR