Səfir: “Mərakeşdə Azərbaycana regionda əməkdaşlıq platforması kimi baxılır” - YENİLƏNİB

Səfir: “Mərakeşdə Azərbaycana regionda əməkdaşlıq platforması kimi baxılır” - <span style="color: red;">YENİLƏNİB
# 07 dekabr 2016 09:06 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Mərakeş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarşın etimadnaməsini qəbul edib.

APA-nın məlumatına görə, səfir Məhəmməd Adil Embarş fəxri qarovul dəstəsinin qarşısından keçib.

Məhəmməd Adil Embarş etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Prezident İlham Əliyev səfir Məhəmməd Adil Embarşın Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan ilə Mərakeş Krallığı arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı ölkəmizin bu əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.

Azərbaycan və Mərakeşin beynəlxalq təşkilatlar çərçivəsində daim yaxından əməkdaşlıq etdiklərini, bir-birini dəstəklədiklərini bildirən prezident İlham Əliyev bunun artıq yaxşı bir ənənəyə çevrildiyini məmnunluqla qeyd edib. Əməkdaşlığımıza dair digər sahələrin də müəyyənləşdirilməsinin zəruriliyini diqqətə çatdıran dövlət başçısı xüsusilə qarşılıqlı ticarət səviyyəsinin çox aşağı olduğunu dedi, enerji, turizm və idxal-ixrac sahələrində də əməkdaşlığın önəmini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimizin potensialı və ixrac imkanları nəzərə alınmaqla ticarət dövriyyəsinin həcminin artırılmasının mümkünlüyünü bildirib. Dövlət başçısı ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinin zəruriliyini qeyd edib.

Səfir Məhəmməd Adil Embarş da öz növbəsində Mərakeşlə Azərbaycan arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu məmnunluqla qeyd etdi və ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə çatdırılması üçün əlindən gələni əsirgəməyəcəyini deyib. Məhəmməd Adil Embarş iqtisadi baxımdan bir çox istiqamətlərdə, xüsusilə enerji sahəsində əməkdaşlığın önəmindən bəhs edib. Səfir ölkəsində Azərbaycana regionda əməkdaşlıq platforması kimi baxıldığını deyib, öz növbəsində Mərakeşin də Afrika ölkələri ilə əlaqələrin qurulması üçün platforma rolu oynaya biləcəyini vurğulayıb.

*** 10.45

Prezident İlham Əliyev daha bir səfirin etimadnaməsini qəbul edib.

APA-nın xəbərinə görə, dövlət başçısı Mərakeş Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohamed Adil Embarşın etimadnaməsini qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR