Qurban Yetirmişli: "Azərbaycanın seysmik fon səviyyəsi 8, bəzi zonaları isə 9 ballıqdır"

Qurban Yetirmişli: "Azərbaycanın seysmik fon səviyyəsi 8, bəzi zonaları isə 9 ballıqdır"
# 23 oktyabr 2017 09:20 (UTC +04:00)

“Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşı Tahir Məmmədlinin Bakının fon səviyyəsi barədə söylədiyi fikirlər çox yanlış başa düşülüb. Mərkəzin əməkdaşı Bakıda 8-9 ballıq zəlzələ gözlənildiyini deməyib, Bakının 8-9 ballıq zəlzələ zonası olduğunu söyləyib. Yəni burada 8-9 ballıq zəlzələ ola bilər. Bu, 100 ildə də, 500 ildə də, 50 ildə də ola bilər. Ona görə də insanları təşvişə salmaq salmaq lazım deyil”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, Bakı 8-9 ballıq seysmik ərazidə yerləşir: "Bakı ərazisinin, ümumilikdə Azərbaycanın seysmik baxımdan fon səviyyəsi 8, bəzi zonaları isə 9 ballıqdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR