"Bank BTB" rübü mənfəətlə başa vurub

"Bank BTB" rübü mənfəətlə başa vurub
# 27 oktyabr 2017 15:34 (UTC +04:00)

"Bank BTB" ASC-nin aktivlərinin həcmi 2017-ci ilin III rübündə 249,315 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,06% çoxdur.


Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 5,27% azalaraq 124,153 mln. manat olub.


Depozit portfeli son bir ildə 28,88% artaraq 69,313 mln. manat təşkil edib.


Bankın məcmu kapitalı 0,48% artaraq 53,095 mln. manat olub, nizamnamə kapitalı isə dəyişməyərək 52 mln. manat təşkil edib.


Hesabat dövründə bankın gəlirləri 11,073 mln. manat, xərcləri isə 15,806 mln. manat olub.


Bank cari ilin 9 ayını isə 162 min manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR