İlham Əliyev: “Avropada miqrantlara qarşı hücumlar multikulturalizm ideyalarına hücumlar kimi dəyərləndirilməlidir” - YENİLƏNİB

İlham Əliyev: “Avropada miqrantlara qarşı hücumlar multikulturalizm ideyalarına hücumlar kimi dəyərləndirilməlidir” - <span style="color: red;">YENİLƏNİB
# 28 dekabr 2016 13:38 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili xanım Tatyana Moskalkovanı qəbul edib.

APA-nın məlumatına görə, T. Moskalkova Rusiya Federasiyasının bütün ombudsmanları adından prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və işlərində uğurlar arzulayıb.

T. Moskalkova Rusiya Federasiyasının Dövlət Dumasında çalışdığı zaman prezident İlham Əliyevlə görüşdüyünü məmnunluqla xatırlayıb. O, yeni vəzifədə - Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili vəzifəsində çalışmağa başladığı dövrdən azərbaycanlı həmkarları ilə çox sıx əməkdaşlıq qurulmasından məmnunluğunu bildirib. Xanım T. Moskalkova Azərbaycanın və Rusiyanın İnsan Hüquqları üzrə müvəkkillikləri arasında bu gün imzalanan müqavilənin əməkdaşlığımız üçün keyfiyyət baxımından yeni hüquqi əsas yaratdığını deyib. Rusiyalı qonaq bu gün Bakıda Azərbaycan Ombudsman təsisatının yaranmasının 15 illiyi ilə əlaqədar “Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf” mövzusunda keçirilən konfransın önəmini qeyd edib.

Xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirən prezident İlham Əliyev T. Moskalkovanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib. Bakıda keçirilən konfransın çox önəmli bir mövzuya həsr olunduğunu bildirən dövlət başçısı Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan olunduğunu vurğulayaraq bu sahədə ölkəmizdə böyük işlərin görüldüyünü qeyd edib. Multikulturalizm və insan hüquqlarının çox aktual mövzular olduğunu deyən dövlət başçısı bildirib ki, bu gün dünyada, xüsusilə Avropada miqrantlarla bağlı problemlər çox kəskin xarakter alıb, miqrantlara qarşı müəyyən siyasətçilər və kütləvi informasiya vasitələri tərəfindən açıq hücumlar edilir və bu hücumlar məhz multikulturalizm ideyalarına olan hücumlar kimi dəyərləndirilməlidir. Dövlət başçısı buna görə də bu problemlərin həll olunması, insan hüquqlarının və multikulturalizm ideyalarının qorunmasında vahid standartların tətbiq olunması məsələsinin müzakirəsinin böyük önəm daşıdığını qeyd edib.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

*** 15.22

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkovanı qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR