Bakının bir neçə mərkəzi küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Bakının bir neçə mərkəzi küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
# 24 may 2018 10:56 (UTC +04:00)

Bakı şəhərində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Səbail rayonu, “Azneft” dairəsi, Niyazi, İstiqlaliyyət və Lermantov küçələrində, həmçinin Neftçilər prospektinin Əziz Əliyev küçəsi - “Dalğa Plaza” arasında yerləşən hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə sözügedən küçələr boyu bu axşam saat 22:00-dan səhər saatlarınadək nəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən küçələrlə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR