İtaliya Şimali Koreya səfirini ölkədən çıxarır

İtaliya Şimali Koreya səfirini ölkədən çıxarır
# 01 oktyabr 2017 08:04 (UTC +04:00)

İtaliya hökuməti Şimali Koreya səfirinin ölkədən çıxarılması barədə qərar qəbul edib.

APA-nın məlumatına görə, bunu bu gün “La Repubblica” qəzetinə müsahibəsində İtaliyanın xarici işlər naziri Ancelino Alfano bildirib.

A. Alfano Şimali Koreya səfirinin akkreditasiya prosedurunun dayandırıldığını və səfirin ölkəni tərk etməli olduğunu bildirib.

Qeyd edək ki, Şimali Koreyanın raket-nüvə proqramını aktiv inkişaf etdirməsi ilə əlaqədar hazırda Koreya yarımadasında vəziyyət gərgin olaraq qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR