İlqar Məmmədov vəkillərindən imtina edib

İlqar Məmmədov vəkillərindən imtina edib
# 02 oktyabr 2017 14:26 (UTC +04:00)

“REAL” Hərəkatının həbsdə olan həmsədri İlqar Məmmədov vəkillərindən imtina edib.

Bu barədə APA-ya məlumat verən vəkil Fuad Ağayev deyib ki, müvəkkili indiyə kimi onun müdafiəsində iştirak etmiş vəkillərə təşəkkürünü çatdırıb və onların bundan sonrakı xidmətlərindən imtina edib.

F. Ağayev İ. Məmmədovla görüşdüyünü, səhhətinin normal olduğunu deyib.

Xatırladaq ki, İ. Məmmədov 2014-cü ildə yanvar ayında İsmayıllıda baş vermiş hadisələrlə bağlı həbs olunub.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR