Lənkəranda yaşayış evində yanğın olub

Lənkəranda yaşayış evində yanğın olub
# 29 dekabr 2016 08:00 (UTC +04:00)

Lənkəranda yanğın olub. APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 9.40 radələrində rayonun Zövlə kənd sakini, 1984-cü il təvəllüdlü Elgün Cəfər oğlu Cəfərova məxsus ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 100 kv.m olan evin bir otağı içindəki əşyalarla və dam örtüyünün bir hissəsi yanaraq sıradan çıxıb.

İlkin versiya kimi yanğının qaz plitəsindən qaynaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR