Türkiyədə polisə növbəti hücum olub, ölən və yaralanan var

Türkiyədə polisə növbəti hücum olub, ölən və yaralanan var
# 09 sentyabr 2015 21:52 (UTC +04:00)

Bakı-APA. Türkiyədə növbəti terror hadisəsi baş verib.

APA-nın “Milliyət”-ə istinadən verdiyi xəbərə görə, PKK terror təşkilatının üzvləri Türkiyənin Tüncəli şəhərində polis postuna silahlı hücum edib.

Hadisə nəticəsində 1 polis əməkdaşı həlak olub, 1 nəfər dinc sakin olmaqla daha 3 nəfər yaralanıb.

Qeyd olunur ki, terrorçular hücum zamanı qumbaraatan və uzunlüləli silahlardan istifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR