“Dəniz kuboku”nun yeni yarış həftəsi başlayıb

“Dəniz kuboku”nun yeni yarış həftəsi başlayıb
# 07 avqust 2017 10:46 (UTC +04:00)

“Dəniz kuboku - 2017” müsabiqəsinin yeni yarış həftəsi başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeni yarış həftəsi zamanı Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi dənizçiləri avqustun 7-də müsabiqənin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə ikinci mərhələsində Təlim-məşq kompleksində “Gəmiyə suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə 4-cü epizodu, növbəti gün isə “Xilasetmə vasitələrinin istifadəsi” üzrə 5-ci epizodu yerinə yetirəcəklər.

Növbəti mərhələdə isə hərbi dənizçilər dəniz hazırlığı üzrə yarışlarda iştirak edəcəklər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR