AXCP üzvü Fuad Əhmədlinin şikayəti təmin edilməyib

AXCP üzvü Fuad Əhmədlinin şikayəti təmin edilməyib
# 16 avqust 2017 15:05 (UTC +04:00)

Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Fuad Əhmədlinin barəsində olan hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

APA-nın məlumatına görə, məhkəmədə qərar elan edilib. Qərara görə, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F. Əhmədli 4 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayətində onun barəsində bəraət hökmünün çıxarılması istənilib. F. Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, Fuad Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb. Bildirilib ki, F. Əhmədlinin mənzilində axtarış zamanı din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb. O, Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR