Rio-de-Janeyroda etirazçılarla polis arasında toqquşmalar baş verib

Rio-de-Janeyroda etirazçılarla polis arasında toqquşmalar baş verib
# 01 fevral 2017 22:02 (UTC +04:00)

Braziliyanın Rio-de-Janeyro şəhərində etirazçılarla polis arasında toqquşmalar baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb yerli qanunverici orqanın büdcə xərclərinin azaltması niyyəti olub.

Polis etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib. Buna cavab olaraq etirazçılar polisi daşqalaq edib, şəhərin mərkəzi küçələrindən birində avtobus yandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR