Kamal Abdulla: “Xaricdə tədris olunan Azərbaycan multikulturalizmi fənninin böyük nəticələrini görürük”

Kamal Abdulla: “Xaricdə tədris olunan Azərbaycan multikulturalizmi fənninin böyük nəticələrini görürük”
# 13 yanvar 2017 13:13 (UTC +04:00)

"Xarici ölkələrin universitetlərində tədris olunan Azərbaycan multikulturalizmi fənninin çox böyük nəticələrini görürük. Bu fənni öyrənən gənclər öz ölkələrində Azərbaycan haqqındakı ədalətsizliklərə cavab verməyə hazır olan qüvvələrdir".


APA-nın məlumatına görə, bunu millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla deyib.

Dövlət müşaviri bildirib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 15 xarici ölkədə, 36 universitetdə “Azərbaycan multikulturalizmi” adlı fənnin tədrisini həyata keçirib: "Son yay məktəbində xarici universitet gəncləri Azərbaycanın gənc dostları klubunu yaratdılar. Bu rəsmi klubun artıq 200-ə yaxın üzvü var. Ən vacibi odur ki, Azərbaycana qarşı hər hansı ədalətsiz hücum olursa, Azərbaycanı ürəkdən sevən bu gənclər haqsızlığa cavab verirlər. Azərbaycan prezidentinin göstərdiyi konkret siyasi-ideoloji hədəfin çox vacib bir nəticəsi də budur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR